Bakıdan Füzuli və Zəngilana təyyarə qiymətləri açıqlandı

Hava nəqliyyatı ilə Bakı-Füzuli /Füzuli-Bakı və Bakı-Zəngilan / Zəngilan-Bakı ölkədaxili sərnişindaşıma xidmətlərinin yeni tarifləri müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında əksini tapıb.

Qərara əsasən, Bakı-Füzuli /Füzuli-Bakı -78 manat və Bakı-Zəngilan / Zəngilan-Bakı – 83 manat sərnişindaşıma xidmətinin qiyməti müəyyən edilib.