qasiq

Bakıda bir nəfər 9 ədəd qaşıq udub.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, saat 01:00 radələrində 3 saylı şəhər klinik xəstəxanasına təcili tibbi yardım üçün müraciət olunub.

İlkin məlumata görə, bir nəfərin bir neçə metal qaşıq udduğu bildirilib. Lakin xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.

Nəhayət, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub.

Məlumata görə, xəstə 9 ədəd metal qaşığı udub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Hazırda pasiyentin vəziyyəti stabildir və Reanimasiya şöbəsində nəzarətdə saxlanılır.

1747632734 screenshot 2025 05 19 09 30 16 373 com.android.chrome edit 1747632690 screenshot 2025 05 19 09 31 05 165 com.android.chrome edit

Paylaş: