Bakıda hərbi orkestrlərin müşayiəti ilə Zəfər yürüşü keçirildi – YENİLƏNİB

Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə daha bir marşrut üzrə Zəfər yürüşü keçirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yürüş Heydər Əliyev Sarayından başlayaraq Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti və Azadlıq meydanına qədər davam edib

Yürüşdən əvvəl şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

X X X

Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə təşkil edilən Zəfər yürüşü başa çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yürüş Şəhidlər xiyabanından başlayaraq Alov Qüllələri kompleksi, İçərişəhər metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsinə qədər davam edib.

***10:08

Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Zəfər yürüşü başlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yürüş Şəhidlər xiyabanından başlayaraq Alov Qüllələri kompleksi, İçərişəhər metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsinə qədər davam edəcək.

Yürüşdən əvvəl şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, zəfər yürüşü üç marşrut üzrə təşkil edilib.