Bakı və İrəvan yaxınlaşır: Kreml yenidən hərəkətə keçir

“Azərbaycanla Ermənistan arasında konfedensial danışıqlar gedir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazədə deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən danışıqları bu ölkənin təhlükəsizlik katibi Armen Qriqoryan aparır. Ermənistan prinsipial olaraq Azərbaycanın təkliflərini qəbul edib:

“Vaşinqtonun vasitəçiliyi ilə danışıqlar aparılır və növbəti aylarda Tiflisdə liderlərin üçtərəfli görüşünün keçirilməsi istisna deyil. N.Paşinyan danışıqlarda ABŞ-ın vasitəçiliyini qəbul edərək Tiflis görüşünə hazırdır. Ötən gün İrəvandan gələn açıqlamada onların Tiflis görüşünə müsbət yanaşdıqları vurğulanıb.

Kreml danışıqları növbəti dəfə pozmaq üçün xarici işlər nazirlərinin Rusiyada görüşünü təşkil etməyə çalışır. İrəvan belə bir görüşdə iştirak etməkdə maraqlı deyil.

Ermənistanda konstitusiya referendumundan sonra Azərbaycanla sülh müqaviləsini özündə ehtiva edən yeni bir sənədin imzalanması gözlənilir”.

Turan Rzayev
Globalinfo.az