Paşinyanın 44 günlük müharibə haqda yeni ŞOUSU

Bu günlərdə Moldovanın erməni icması ilə görüşdə Nikol Paşinyan bildirib ki, 44 günlük mübaribə ilə bağlı komissiyanın iclasına getməyə hazırlaşır. O qeyd edib ki, bütün bu proses canlı yayımlanacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.

Erməni mənbələri hesab edirlər ki, Paşinyan bu yolla növbəti şouya hazırlaşır. Bu şou zamanı o yeni manipulyasiya imkanları qazanmağa ümid edir və nəticədə bir çox yeni “günahkar”ları müəyyən etməyə çalışır.

“Parlamentdəki mənbələrimiz qeyd edirlər ki, Paşinyan İstintaq Komitəsində müharibənin müxtəlif epizodları ilə bağlı həqiqətləri açıqlayacaq, eyni zamanda günahkar olduğu üçün məsuliyyətə cəlb ediləcək yüksəkrütbəli hərbçilərin adlarını qeyd edəcək. Beləliklə, o, növbəti dəfə ordunu və yüksəkrütbəli zabitləri gözdən salmağa çalışacaq”, – qəzet yazıb.

Tahir Turan
Globalinfo.az