Bakı Təşəbbüs Qrupu mətbuat konfransı keçirəcək

Yeni Kaledoniyada informasiya blokadasını yarmaq və adada baş verənləri yerli rəsmilərin dilindən eşitmək üçün Bakı Təşəbbüs Qrupu hibrid mətbuat konfransı keçirəcək.

Globalinfo.az xəbər verir ki, 13 iyun tarixində Afrikanın müxtəlif ölkələrindən bir qrup jurnalist, tanınmış bloqerlər və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni Kaledoniyalı jurnalistlərin iştirakı ilə “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransı keçirəcəklər.

Konfransın məqsədi, həmçinin, Yeni Kaledoniya, o cümlədən Fransanın digər müstəmləkələrində geniş vüsət alan insan hüquq pozuntularına media vasitəsilə dünya ictimaiyyətinin diqqətini çəkmək, Afrikada hələ də davam edən müstəmləkəçiliyin yeni mərhələsi – neokolonializmlə mübarizə istiqamətində kommunikasiya sahəsində birgə əməkdaşlığın qurulmasının müzakirə edilməsidir. Yeni Kaledoniyadan yerli rəsmilər jurnalistlərin suallarını cavablandıracaqlar.

Konfransda 20-dən çox xarici media nümayəndəsinin iştirakı gözlənilir. Konfrans hibrid formada təşkil olunur.

Konfrans 13 iyun tarixində, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq.

Qeyd edək ki, Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada yerli Kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verib, habelə on nəfərdən artıq dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və həbs edilib. Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. Fransa polisi və jandarması tərəfindən törədilən vəhşilikləri dünya ictimaiyyətindən gizlətməq məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb.