Bakı-Sumqayıt istiqamətində sərnişindaşıma xidmətinin yeni tarifi – FOTO

Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobuslarında sərnişindaşıma xidmətinin tarifi yenilənib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Belə ki, sözügedən istiqamət üzrə gedişhaqqı 70 qəpik müəyyən edilib.