Azercell beynəlxalq sertifikata layiq görüldü

Azercell beynəlxalq sertifikata layiq görüldü

Globalinfo.az xəbər verir ki, dünyada cəmi 170-ə yaxın şirkətin daxil olduğu CIPS Korporativ Etika Reyestrində Azercell Azərbaycanın yeganə təmsilçisidir.

Şirkətin Satınalma departamenti CIPS-in ESG (ekologiya, sosial və idarəetmə) prinsiplərinə əsaslanan “Etik Satınalma və Təchizat” proqramını uğurla tamamlayaraq ətraf mühitin mühafizəsi, insan hüquqlarının qorunması, eləcə də rüşvət və korrupsiya ilə mübarizə sahələrində yüksək nəticələr əldə edib.

Bu nailiyyət “Azercell“in satınalma fəaliyyətində beynəlxalq etik tələblərə sadiqliyini və təchizat zəncirində dayanıqlılığı davamlı olaraq gücləndirdiyini təsdiqləyir. Həmçinin şirkətin etik biznes mühitinin və ESG prinsiplərinə əsaslanan idarəetmə modelinin inkişafına verdiyi önəmi də bir daha gündəmə gətirir.