Azərbaycanla sərhədə gələn Paşinyandan tarixi etiraf: “Heç vaxt indiki qədər…”

“Azərbaycanla sərhəddə yerləşən Kirants kəndinə gəlmək və burada məktəbin açılışında iştirak etmək tamamilə təhlükəsizdir”.

Globalinfo.az xəbər verit ki, bu etirafı Ermənistanın Baş naziri Nikol Paşinyan edib.

O, Kirantsadakı delimitasiya prosesini Ermənistan üçün böyük uğur adlandırıb.

“Müstəqil Ermənistanın tarixində Kirantsda məktəbə getmək heç vaxt indiki qədər təhlükəsiz olmayıb. Bu, o deməkdir ki, Azərbaycanın Xeyrimli kəndində də eyni təhlükəsizlik hökm sürür. Sərhədimizin harada başladığını və bitdiyini bilməyəndə dövlətimizin varlığı sual altına düşür. Kirantsdakı yeni məktəb kəndin dirçəlişini göstərən ən mühüm simvoldur”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Kirants kəndində tikilən yeni məktəb Azərbaycanla sərhədin 40-50 metrliyində yerləşir.

Bu xəbəri də oxuya bilərsiniz: Uşaqpulu ilə bağlı son xəbər: Bir uşağa görə… – VİDEO

Müşviq tofiqoğlu
Globalinfo.az