Azərbaycandakı zəlzələnin görüntüləri – VİDEO

Ötən gecə Azərbaycanın cənub bölgəsində baş verən zəlzələnin görüntüləri yayılıb.

Globalinfo.az bildirir ki, müşahidə kameraları yerin necə titrədiyini qeydə alıb:

Xatırladaq ki, avqustun 23-ü saat 1:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində beş maqnitudada zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumata görə, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə dörd baldan yuxarı, ətraf rayonlarda isə üç bala yaxın hiss edilib.

Təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.