Azərbaycanda ardıcıl zəlzələ oldu – RƏSMİ

Şəmkirdə də zəlzələ olub.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 4 bal, dərinliyi 9 kilometr olub.

***
11:58

İsmayıllıda zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, İsmayıllıdakı zəlzələnin maqnitudası 4,2 bal olub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından altı km şimalda, İsmayıllı rayonunda qeydə alınıb. Zəlzələnin dərinliyi 9 km olub.