Azərbaycanda zəlzələ oldu

İsmayıllı rayonunda zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yeraltı təkanlar saat 22:46-da İsmayıllı stansiyasından 4 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb.

Maqnitudası 2,9, dərinliyi 7 km olan zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.