sehidler 0

Qarabağ Qaziləri İctimai Birliyi Azərbaycanda Qazilər xiyabanının yaradılması təklifi ilə çıxış edib. Qurum Birinci və İkinci Qarabağ müharibəsində qazi olan, sonradan vəfat edən şəxslərin vahid məzarlıqda torpağa tapşırılması fikrini irəli sürüb.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bildirib ki, qazilərimiz vəfat edən zaman fərqli yerlərdə dəfn olunmasınlar deyə belə təklif irəli sürüb:

Rey Kərimoğlu: Mənə təsir edən əsas məsələ 50 yaşımı Qarabağsız keçirməyimdir - VİDEO

Rey Kərimoğlu

“Bildiyimiz kimi, şəhidlərimiz Şəhidlər xiyabanında dəfn olunur, amma qazilərimiz də yaşayan şəhidlərimizdir. Onların arasında aldıqları yaralardan bir neçə gün, ay sonra vəfat edənlər də var, bir neçə il sonra həyatını itirənlər də. Axı onlar da Vətən uğrunda canlarından keçməyə hazır olan, sağlamlıqlarından keçən adamlardır. Düşünürəm ki, canlı şəhidlərimiz vəfat edən zaman onları vahid xiyabanda dəfn etsək, daha düzgün olar”.

R.Kərimoğlu deyib ki, rayon və kəndlərdə dəfn üçün yer tapılsa da, Bakıda çətin olur: “Bu səbəbdən hərəsini bir tərəfdə dəfn edirik. Məsələni kökündən həll etmək üçün Qarabağ Qazilər İctimai Birliyi olaraq təklif irəli sürmüşük ki, dövlət hər rayonumuzda Qazilər xiyabanı üçün yer ayırsın, dünyasını dəyişən qazini də öz rayonunda yerləşən həmin xiyabanda dəfn edə bilsinlər. Hər biri fərqli yerlərdə torpağa tapşırılır deyə, çoxumuz onların məzarını ziyarət edən zaman əziyyət çəkirik. Amma hamısı bir yerdə olsa, rahatlıqla ziyarət etmək olar. Bu baxımdan dövlətimizə təklif edirik ki, Qazilər xiyabanı yaradılsın. Bu məsələnin Milli Məclisdə qaldırılması üçün deputatlara da müraciət edirik”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: