Azərbaycanda güclü zəlzələ oldu – ANBAAN VİDEO

Azərbaycanın qərb rayonlarında zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ saat 19:49:11-də Mingəçevir ərazisində qeydə alınıb. Episentrdə zəlzələnin dərinliyi 15 km, maqnitudası 4,6 bal olub.

Zəlzələ Mingəçevir , Gəncə, Yevlax , Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.