Azərbaycanda çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

1701950246 1675944516 2df1b46f 8b76 417b b45e 596cd4ea2c53

Azərbaycanda çoxmərtəbəli yaşayış binalarının zəlzələyə dayanıqlılığını yoxlamaq üçün cihazlar yerləşdiriləcək.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, təhsil müəssisəsinin Zəlzələ Araşdırmaları Mərkəzi tərəfindən böyük tədqiqat aparılıb.

Universitetin professoru Azər Qasımzadənin sözlərinə görə, tədqiqatın nəticəsi olaraq ölkə ərazisində, xüsusən Bakıda yerləşən çoxmərtəbəli yaşayış binalarında cihazlar yerləşdiriləcək:

“Bu cihazlar vasitəsilə mütəmadi olaraq binaların zəlzələyə davamlılığı barədə monitorinq aparılacaq. Beləliklə, risklər müəyyənləşdiriləcək və baş verə biləcək problemin qarşısını vaxtından əvvəl almaq mümkün olacaq”.

“Layihənin tətbiqi üçün işlərə başlanılıb və yaxın zamanda aidiyyəti qurumlarla görüşlər təşkil olunacaq”, – deyə professor qeyd edib.

Ətraflı “Xəzər Xəbər”in süjetində: