Azərbaycanda bir gündə ikinci zəlzələ oldu

Quba seysmoloji stansiyasından 38 kilometr şimal-şərqdə, Xaçmaz rayonunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Globalinfo.az-a bildirilib ki, yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub. Ocağı 2 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.

***16:36

Quba stansiyasından 28 km şimal-şərqdə Xaçmaz ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Globalinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələnin maqnitudası 3.1, dərinliyi 6 km olub. Zəlzələ hiss olunmayıb.