Azərbaycanda “Avroviziya ssenarisi” təkrarlanır – Təhlükəli iddia

Azərbaycanda "Avroviziya ssenarisi" təkrarlanır - Təhlükəli iddia

Son günlər müxtəlif dairələrdən Azərbaycana qarşı təxribat tezisi ortaya atılıb. İddia edilir ki, guya COP29-dan sonra repressiya dalğası başlayacaq. Xatırladaq ki, “Avroviziya” mahnı yarışması Azərbaycanda keçiriləndə də buna bənzər fikir gündəmə gəlmişdi. O vaxt İrana və Qərbə bağlı qruplar, media bu tezisi tirajlayırdı.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, ölkəmizdə tez-tez beynəlxalq səviyyəli tədbir keçirilir və bu ərəfədə təxribat xarakterli dezinformasiyalar tirajlanır:

“Xüsusilə sosial şəbəkələrdə, qrup və səhifələrdə, habelə saxta profillər vasitəsilə qıcıq dolu paşlaşımlar edilir. COP29 mötəbər tədbirdir. Bu tədbirin keçirilməsi ciddi məsuliyyət tələb etməklə yanaşı, böyük prestij gətirir. Əlbəttə, belə mötəbər tədbirin Azərbaycanda keçirilməsini istəməyən ölkələr var. Həmin ölkələr bundan öncə “Avroviziya” mahnı yarışması, Bakı Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi tədbirlərə də bənzər taktikaya əl atmışdılar.

Azərbaycanda "Avroviziya ssenarisi" təkrarlanır - Təhlükəli iddia

Qabil Hüseynli

Təəssüf ki, bu gün ölkədə xarici qüvvələrin dezinformasiyanı tirajlayan, habelə onlardan qrant alan qüvvələr də var. Onlar dövlət maraqlarını ikinci plana ataraq ölkənin nüfuzunu zədələməyə çalışırlar, amma bütün bu fəaliyyətlər əbəsdir.

Azərbaycan geridə qoyduğu illər ərzində dezinfomasiyaya qarşı immunitet yaradıb. Media sahəsində görülən işlər, habelə ölkə rəhbərliyinin uğurlu addımları bu sahədə ciddi nailiyyətlərin əldə edilməsi ilə nəticələnib. Yəni cəmiyyəti manipulyasiya etmək, görülən işləri antikampaniya ilə kölgədə saxlamaq mümkün deyil”.

Turan Rzayev
Globalinfo.az