1670519301 1639244474 1639244380 1639220919 1636176508 1635230837 untitled 1

“Diplomatik korpusla birgə Ağdam-Xankəndi magistralının və dəmir yolunun girişindəyik. Təkcə magistralın gündəlik tutumu 17.000 avtomobildir”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında bildirib.

Hacıyev qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri çərçivəsində Ağdam-Xankəndi avtomagistralının və dəmir yolunun sxematik planı ilə tanışlıq olub.

“Azərbaycan Qarabağdakı erməni sakinlərin reinteqrasiyası üçün divarlar deyil, yollar çəkir, onlar isə yollara bloklar və maneələr qoyurlar”, – deyə o vurğulayıb.

Prezidentin köməkçisi: Azərbaycan Qarabağdakı ermənilərin reinteqrasiyası üçün divarlar deyil, yollar çəkir

Paylaş: