Azərbaycan vətəndaşları dünyanın neçə ölkəsinə vizasız gedə bilər?

Azərbaycan “Henley & Partners Visa Restrictions Index” pasport reytinqində 72-ci yeri tutub.

Globalinfo.az xəbər verir ki, Azərbaycan vətəndaşları dünyanın 72 ölkəsinə vizasız gedə bilərlər.

Fransa, Almaniya, İtaliya, Yaponiya, Sinqapur və İspaniya isə dünyanın 6 ən güclü pasportunun sahibidir.

Bu, həmin ölkələrin vətəndaşlarına dünyanın 194 ölkəsinə sərbəst səyahət etmək şansı yaradır.

İkinci yerdə Cənubi Koreya, Finlandiya, İsveç və Hollandiya qərarlaşıb ki, onların pasportu ilə 193 ölkəyə vizasız getmək mümkündür.

Üçüncü yerdə 192 ölkəyə vizasız girişi olan Avstriya, Danimarka, Böyük Britaniya və İrlandiya qərarlaşıb.

Sonuncu yeri pasportu ilə cəmi 28 ölkəyə giriş imkanı verən Əfqanıstan tutur.