Paşinyan sərhəddəki dirəkləri belə adlandırdı

“Tavuş vilayətində quraşdırılan sərhəd dirəkləri Ermənistanın təhlükəsizliyinə zəmanət postlarıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında deyib.

Paşinyan bildirib ki, İrəvan sərhəd sütunlarının möhkəmləndirilməsi üçün hər şeyi edəcək:

“Bu gün Gürcüstan və İranla qonşuluq münasibətlərimizi dərinləşdirməli, Azərbaycan və Türkiyə ilə düşmənçiliyi azaltmalı, sıfırlamalıyıq. Regional nəqliyyatın inteqrasiyasını həyata keçirməli, iqtisadi əlaqələr qurmalıyıq. Təhlükəsizliyi qorumaqla biz xarici əlaqələrin şaxələndirilməsini, orduda islahatların aparılmasını, hərtərəfli təhlükəsizlik və müdafiə sisteminin tətbiqini nəzərdə tuturuq. Yalnız sülh Ermənistanın təhlükəsizliyinə zəmanət verə bilər. Biz sülh gündəmini Ermənistanın təhlükəsizliyini təmin etmək vasitəsi kimi qəbul etmişik”.

Ayşən Mustafa
Globalinfo.az