1677926937 1677926924 1677876195 zelzele

Azərbaycan-İran sərhədində zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təbiət hadisəsi Yardımlı stansiyasından 14 km şimalda, Azərbaycanla-İran sərhədində (İran ərazisində) saat 23:27-də 3,1 maqnitudada qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, bir müddət öncə də Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınmışdı.

Paylaş: