Azərbaycan futbolunda qalmaqal: azarkeşlərin başına iş gəldi

Tovuzda qalmaqal yaşanıb.

Globalinfo.az sportinfo.az-a istinadən xəbər verir ki, oyundan əvvəl stadiona daxil olmağa çalışan “Neftçi” azarkeşləri istəyinə çata bilməyib.

Belə ki, Bakıda bölgəyə səfər edən 30-35 nəfərlik “Forza Neftçi”li arenanın giriş qapısı önündə saxlanılıb. Yoxlama aparılandan sonra bir nəfərin girişinə qadağa qoyulub.

Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məsələyə aydınlıq gətirib:

“Forza Neftçi” Tovuzda stadiona buraxılmadı. Oyundan əvvəl öncə bilet məsələsini əsas gətirdilər. Daha sonra azarkeşlərdən birinin ağzından spirtli içki qoxusunun gəldiyini bildirdilər. Halbuki, içkini bir gün əvvəl içmişdi, sərxoş deyildi.

Həmin azarkeş arenaya buraxılmadığı üçün “Forza Neftçi”nin digər üzvləri də stadiona girməkdən imtina etdi. Bildiyimə görə, azarkeşlər hazırda Bakıya qayıdır”.