Azərbaycan Ermənistana növbəti təkliflərini təqdim etdi

Azərbaycan Ermənistana növbəti təkliflərini təqdim etdi

Ermənistan yaxın günlərdə sülh razılaşması ilə bağlı Azərbaycandan təkliflər alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Almaniya xarici işlər naziri Annalena Berbok ilə Berlində görüşü zamanı danışıb.

“Rəsmi İrəvan təklifləri nəzərdən keçirir və mətn üzərində işləməyə davam edir”, – Mirzoyan Annalena Berbok ilə birgə mətbuat konfransında bildirib.