hikmet haciyev jest

“Ermənistan Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə – “Laçın” sərhəd-keçid məntəqəsinə gətirib. Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan korrupsioner Avropa siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər”.

Globalinfo.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu kimi addımların heç bir mənası yoxdur:

“Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək”.

“Ağdam-Xankəndi yolu ilə istənilən yük qısa müddətdə çatdırıla bilər”.

Hikmət Hacıyevin sözlərinə görə, Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyəti var və daha səmərəli yoldur: “Bu yolun düzənlik ərazidən keçərək Azərbaycanın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanları var. Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir. Ağdam-Xankəndi yolu vasitəsilə istənilən yükün çox qısa müddət ərzində Xankəndinə və ətraf ərazilərə çatdırılması təmin oluna bilər”.

Daha sonra Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib: “Ağdam-Xankəndi yolundan istifadədən imtina edilməsini biz yalnız rasizim və diskriminasiya kimi qiymətləndirə bilərik”.

Onun sözlərinə görə, yoldan bu formada imtina yalnız və yalnız rasizimdir:

“Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlamaq niyyətindədir. Bu reinteqrasiya prosesinin də tərkib hissəsi olaraq Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını, təhlükəsizliyini və Azərbaycan Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında təmin etməyə hazırdır”.

X X X

“Bu yaxınlarda başqa bir razılaşma var idi ki, Azərbaycan tərəfinin dəvəti ilə Ağdamda görüş keçirilsin. Bildiyiniz kimi, artıq görüşlərin keçirilməsi üçün Ağdamda müvafiq infrastruktur var. Qarabağdakı erməni sakinlərin nümayəndələri Ağdamda görüşdən də imtina etmişdilər”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.

“Ona görə də dialoqdan, təmaslardan imtina edilməsi, yolun açılmasından imtina edilməsi tamamilə qeyri-konstruktiv, aqressiv siyasətin təzahürüdür. Təkrar qeyd etmək istəyirəm ki, bunun məsuliyyəti özünü qondarma rejimin nümayəndələri kimi təqdim edən şəxslərin, həmçinin Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki burada Ermənistanın da bilavasitə məsuliyyəti var. Ermənistan özünü bu məsuliyyətdən gizlədə bilməz. Qondarma rejimin bu gün saxlanılması Ermənistanın dövlət büdcəsi vasitəsilə həyata keçirilir. Bu məqsədlərlə 360 milyon dollardan artıq vəsait xərclənir. Ermənistan Silahlı Qüvvələrinin elementləri hələ də Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirir. Həmçinin, qondarma rejimin də silahlı qüvvələrinin həmin ərazidə mövcudluğu var. Bu da regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq almaqdadır. Onlar hələ də ərazilərin minalanması prosesini davam etdirirlər, bunlar da Azərbaycan üçün qəbuledilməz faktlardır. Ermənistanın bu kimi əməllər Azərbaycanın daxili işlərinə qarışmaq və regional sülh və təhlükəsizliyi pozmaq, həmçinin iki ölkə arasında sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə çox ciddi bir zərbədir”, – o əlavə edib.

Paylaş: