Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz təchizatını iki dəfə artırmağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Böyük Britaniya Dövlət katibinin parlament üzrə müavini, ixracat naziri Lord Offordla görüşdə bildirib.
Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələri uğurlu enerji əməkdaşlığının nümunəsi kimi dəyərləndirilib.
Azərbaycanın 2027-ci ilə qədər Avropaya qaz təchizatının iki dəfə artırılması planları barədə məlumat verilib. Bu istiqamətdə BP şirkəti ilə əməkdaşlığın davam edəcəyinə ümidvarlıq ifadə olunub.