AZAL Novruz bayramı ərəfəsində Avropaya uçuşların sayını artırır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) mart ayından – Novruz bayramı ərəfəsində Avropaya yerinə yetirdiyi uçuşların sayını artıracaq.

Bu barədə Globalinfo.az-a AZAL-dan bildirilib.

Belə ki, aşağıdakı istiqamətlər üzrə reyslər qeyd olunan uçuş cədvəlinə uyğun olaraq həyata keçiriləcək:

– Barselona: çərşənbə axşamı, cümə axşamı, bazar günləri (martın 14-dən).

– Vyana: çərşənbə axşamı, cümə, şənbə günləri (martın 16-dan).

– Praqa: bazar ertəsi, cümə, şənbə günləri (martın 16-dan).

– Paris: çərşənbə axşamı, cümə, bazar günləri (martın 17–dən 29-dək ), çərşənbə axşamı, cümə axşamı, cümə, bazar günləri (martın 31-dən).

– Milan: bazar ertəsi, çərşənbə, cümə axşamı, şənbə, bazar günləri (martın 17-dən).

– London (Hitrou hava limanı): çərşənbə axşamı, cümə axşamı, şənbə günləri (martın 14-dən).

– London (Qetvik hava limanı): çərşənbə, cümə, bazar günləri (martın 17-dən).

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.