Azərbaycanda “Könüllü fəaliyyəti haqqında” yeni qanun qəbul ediləcək

Azərbaycanda “Könüllü fəaliyyəti haqqında” yeni qanun qəbul ediləcək.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bu məsələ Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyası üçün iş planında yer alıb.

Komitənin payız sessiyası üçün iş planında parlamentə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı, komitədə “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyəti haqqında”, “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub.