09.10.2025-ci il tarixində saat 18:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda hər birinin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
***20:02
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, rayon ərazisində avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.