Avropa Parlamenti Ermənistanla bağlı qətnamə qəbul etdi

Avropa Parlamentində Ermənistanın Aİ-yə üzvlük imkanlarına baxmağı təklif edən qətnamə qəbul olunub.

Globalinfo.az xəbər verir ki, Avropa Xalq Partiyası fraksiyasının müəllifi olduğu sənəd bütün fraksiyaların birgə təşəbbüsü kimi təqdim olunur.

Avropa Parlamentinin 504 üzvü qətnamənin qəbulunun lehinə, 4-ü əleyhinə səs verib, 32 deputat isə bitərəf qalıb.

Qətnamə layihəsində Avropa Parlamentinin üzvləri Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmağı təklif ediblər.

Avropa İttifaqının qanunverici orqanının deputatlarının hazırladığı birgə qətnamə layihəsində deyilir:

“Əgər Ermənistan namizəd statusu almağa maraq göstərsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”.

Əliyar Xəlil
Globalinfo.az