kiyev

Avropa liderlərinin bir qismi Ukraynaya ABŞ ilə bağlı xatırlatma ediblər.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Euractiv” portalı çıxış edib.

Qeyd olunub ki, onlar Kiyevi dəstəkləyəcəklərini vəd etsələr də, Vaşinqtonla əlaqələrin önəmli olduğunu başa salıblar:

“Avropa İttifaqı (Aİ) liderləri razılaşıblar ki, ABŞ ilə sıx tərəfdaşlığın davamı xüsusilə NATO çərçivəsində vacibdir. Bu regionun gələcək təhlükəsizlik zəmanəti onlarla birgə işlənməlidir”, – deyə portal bildirib.

Materialda həmçinin qeyd olunub ki, Avropa bu məsələ ABŞ-sız irəliyə getmək istəmir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: