NATO bunu edərsə, münaqişə üçün əlavə səbəb yaradar – Peskov

peskov

Trampla Putin arasında müzakirələr xüsusi olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında danışıqlar zamanı gündəliyə daxil edilənlər məsələlər xüsusi önəm daşıyır.

Həmçinin Peskov bu danışıqların razılaşdırılmasının bir neçə gün çəkdiyini də dilə gətirib. O bildirib ki, danışıqlara hazırlıq müddəti hər iki ölkə liderinin qərarından asılıdır.

Kremlin sözçüsü müzakirələrdən sonra mətbuata məlumat veriləcəyini də diqqətə çatdırıb. Liderlər arasında görüşün nə zaman baş tutacağı barədə isə tarix açıqlamayıb.

“Tarix barədə dəqiq söz demək mümkün deyil, çünki bununla bağlı hələ qeyd aparılmayıb. Prezidentlər qərar verərsə, onların təyin etdikləri müddətdə də görüş olacaq. Biz hələ ki telefon zəngini gözləyirik”, – o qeyd edib.

Peskov NATO-nun Ukraynada hərbçi yerləşdirmək məsələsinə də münasibət bildirib.

“NATO-nun Ukraynada hərbçi yerləşdirməsi münaqişə üçün əlavə səbəb yaradacaq”, – sözçü deyib.

Aysel Əliyeva
Globalinfo.az