AVRO-2024: Bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək.

Globalinfo.az xəbər verir ki, günün ilk qarşılaşması Düsseldorfdakı “Esprit Arena”da Fransa və Belçika milliləri arasında keçiriləcək.

Bakı vaxtı ilə saat 23:00-da isə “Frankfurt Arena”da Portuqaliya və Sloveniya yığmaları münasibətlərə aydınlıq gətirəcəklər.

Avro-2024

1/8 final

1 iyul

20:00. Fransa – Belçika

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, “Esprit Arena”.

23:00. Portuqaliya – Sloveniya

Baş hakim: Daniel Orsato (İtaliya).

“Frankfurt Arena”.