AVRO-2024: Xorvatiya – Albaniya matçı bərabərliklə bitdi

Xorvatiya və Albaniya yığmaları arasında keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.

**£

Qyasula 90+5-də fərqlənərək bərabərlik gətirir. Hesab: 2-2

***

Oyunun 76-cı dəqiqəsində Xorvatiya millisi önə keçdi – 2:1.

***

Xorvatiya oyunun 74-cü dəqiqəsində Kramariç hesabı bərabərləşdirdi – 1:1.

***

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya – Albaniya matçında ilk hissə yekunlaşıb.

Globalinfo.az xəbər verir ki, albanlar fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar.

Yeganə qolu 11-ci dəqiqədə Kyazim xorvatların qapısından keçirib.

***17:17

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya – Albaniya matçında hesab açılıb.

Globalinfo.az xəbər verir ki, albanlar 11-ci dəqiqədə hesabda önə çıxıb.

Kyazim Laçi adını tabloya yazdırıb.

***17:03

Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun növbəti görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlir.

Globalinfo.az xəbər verir ki, Hamburq şəhərində keçirilən matçı fransalı beynəlxalq dərəcəli baş hakim Fransua Leteksye idarə edir.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

***10:21

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun oyunları start götürəcək.

Globalinfo.az xəbər verir ki, günün ilk qarşılaşması Hamburq şəhərində, Xorvatiya və Albaniya seçmələri arasında baş tutacaq.

Xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

A qrupunda ikinci turun ilk qarşılaşmasında isə Ştutqartda Almaniya və Macarıstan komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Bundestim AVRO-2024-ün açılış matçında Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib, macarlar isə İsveçrəyə 1:3 hesabı ilə uduzub.

Günün sonunda Şotlandiya – İsveçrə qarşılaşması keçiriləcək. Matç Helzenkirhen şəhərində reallaşacaq.

AVRO-2024

19 iyun

II tur

B qrupu

17:00. Xorvatiya – Albaniya

Baş hakim: Fransua Leteksye (Fransa).

Hamburq, “Folksparkştadion” stadionu.

A qrupu

20:00. Almaniya – Macarıstan

Baş hakim: Denni Makkeli (Niderland).

Ştutqart, “MHP Arena” stadionu.

23:00. Şotlandiya – İsveçrə

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Köln, “Reyn Enerqi” stadionu.