Aviaşou zamanı təyyarə yerə çırpılıb – Pilot ölüb

Finlandiyanın Kouvol şəhərində təyyarə aviaşou zamanı qəzaya uğrayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Təyyarənin Sillanpyaya hava limanının ərazisindəki meşədə yerə çırpıldığı bildirilir.

“Təyyarəni idarə edən polit qəza nəticəsində ölüb”, – deyə bildirilib.

Qəza ilə bağlı araşdırma başladılıb.