hemas

HƏMAS-İsrail savaşı region və yaxın ölkələr üçün də risk yaradır. Bəzi ekspertlər düşünürlər ki, İran İsraillə mübarizə fonunda Azərbaycanı hədəf seçə bilər.

Maraqlıdır, HƏMAS-İsrail müharibəsi rəsmi Bakını tədbirlər almağa sövq edə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, İsrailin Azərbaycanda iqtisadi-siyasi maraqları var:

“İsrailli iş adamları, vətəndaşları, habelə yəhudilər ölkəmizdə yaşayır. Onların canlarına, mallarına heç vaxt zərər gəlməyib. Ümumiyyətlə, Azərbaycan çoxkonfidensial ölkədir. Fərqli dinin nümayəndələri əsrlərlə bu coğrafiyada yaşayıblar.

O ki qaldı İranın İsraillə mübarizədə Azərbaycan üçün yaratdığı təhlükəyə, deyə bilərəm ki, narahatlığa əsas yoxdur. Ölkəmizdəki strateji məkanların təhlükəsizlik tədbirləri üst səviyyədədir. Çətin ki, bu ərazilərə, ya da obyektlərə zərər dəysin. Bundan başqa, Azərbaycan heç bir qonşusu, habelə İran üçün təhdid yaratmır. Bu baxımdan hansısa təhdidi real hesab etmirəm”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: