pult 12

Azərbaycan Respublikası Audiovizual Şurası “Media haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə radiotezliklərin (Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanalları) ayrılması üçün müsabiqə elan edib.

Bu barədə Globalinfo.az-a Şuradan xəbər verilib.

Müsabiqədə iştirak etmək istəyən hüquqi şəxslər aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada Şuraya təqdim etməlidirlər.

Müsabiqə ilə bağlı bu linkə daxil olaraq tanış olmaq mümkündür.

Paylaş: