“Aston Villa” 41 illik tilsimi qırdı

İngiltərənin “Aston Villa” klubu 41 il sonra Çempionlar Liqasında iştirak hüququ qazanıb.

Globalinfo.az xəbər verir ki, ötən gün keçirilən “Tottenham” – “Mançester Siti” matçında meydan sahibləri məğlub olduğu üçün “Aston Villa”ya çatmaq şansını itirib.

Belə ki, “Tottenham” 63 xalla 5-ci, “Aston Villa” isə 68 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Unay Emerinin komandası son dəfə 1982-83 mövsümündə Çempionlar Liqasında oynayıb.