Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı

6671a173cdab06671a173cdab117187229316671a173cdaae6671a173cdaaf

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Globalinfo.az xəbər verir ki, 2024/25 mövsümünün ilk püşkündə 28 komanda 14 cüt təşkil edib.

Mərasimdə azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geydiyi Albaniyanın “Eqnatiya”nın da rəqibi bilinib. Onlar ilk mərhələdə Bosniya və Herseqovinanın “Borats” klubu ilə qarşılaşacaqlar.

Bu mərhələnin ilk oyunları iyulun 9-10-da keçiriləcək. Cavab görüşləri 16-17-də baş tutacaq.

I təsnifat mərhələsi

“Slovan” – “Struqa”

TNS – “Deçiç”

“Borats” – “Eqnatiya”

“Hamrun” – “Linkoln”

“Balkani” – “Santa Koloma”

“Flora” – “Selye”

“Klaksvik” – “Differdanj”

“Panevejis” – HİK

RFŞ – “Larne”

“Vikinqur” – “Şemrok Rovers”

“Virtus” – “Styaua”

“Lüdororets” – “Dinamo” Bt

“Ordabası” – “Petrokub”

“Dinamo” Mn – “Pünik”