“Real” – “Bavariya” matçında fantastik son

Görüşün 88 və 91-ci dəqiqəsində “Real” Xoselunun qolları ilə 2-1 qalib gələrək Çempionlar Liqasının finalına yüksəlib.

***

Deyvis matçın 68-ci dəqiqəsində “Bavariya”nı hesabda önə keçirdi: 0-1.

***

Çempionlar Liqasının yarımfinalı çərçivəsində “Real Madrid” – “Bavariya” matçı keçirilir.

Globalinfo.az xəbər verir ki, hazırda matçda ilk hissə oynanılır, hesab açılmayıb.

Qeyd edək ki, ilk matçda 2-2 bərabərliyə razılaşan komandaların ikinci dueli İspaniyada keçirilir.