Erməni vəkil Raffi Aslanyanın “Basarkeçər” şərabı ilə bağlı sözləri Ermənistan ictimaiyyətini narahat edib.
Globalinfo.az xəbər verir ki, Aslanyan şərabın adı və üzərində təsvir olunan xəritəyə diqqət çəkib.
Erməni vəkil “Basarkeçər”in dünya səviyyəsində tanınmasına diqqət çəkib:
“Xəritədə bizim Geqarkunik (Göyçə mahalı-red.) bölgəsi təsvir olunub. Üzərindəki ərazilərimizin adları Azərbaycan adları ilə qeyd edilib. Onlar buranı Qərbi Azərbaycan adlandırırlar və dünyaya belə təqdim edirlər. Ərazi Sevan gölü (Göyçə gölü-red.) ətrafıdır. Orada hətta mənim doğulduğum Martuninin adı belə başqa cür verilib. Sözügedən şərab Asiya və Amerika bazarlarında geniş satılır”.
Maraqlıdır ki, bu, ermənilərin “Basarkeçər” şərabı ilə bağlı ilk narahatlığı deyil. 2020-ci ildə də sözügedən şərabın görüntüsü Ermənistan KİV-də yayılmış və narazılıqla qarşılanmışdı.
Əliyar Xəlil
Globalinfo.az