arda turan

Türkiyənin “Eyüpspor” klubunun baş məşqçisi Arda Turan Türkiyə Futbol Federasiyası tərəfindən 107 min 250 Lirə cərimələnib.

Globalinfo.az baku.vs-ə  istinadən xəbər verir ki, buna səbəb, Ardanın akkreditasiya kartı göstərişinə baxmayaraq, kartını gözəgörünən yerə taxmaması olub.

Bu barədə 5 dəfə PFDK-ya sövq edilib. Arda Turan bu müraciətlərin birində xəbərdarlıq alıb, digər 4-ü ilə bağlı isə ümumilikdə 107 min 250 TL cərimə olunub.

Gənc məşqçi sadəcə akkreditasiya təlimatlarını pozduğuna görə bu məbləğdə cərimə alan ilk şəxs olub.

Paylaş: