Aqşinlə Hüseyn Ermənistanda hansı şəraitdə saxlanılıb? – Növbəti yalan

Ermənistan Ədliyyə Nazirliyi dövlət sərhədini əlverişsiz hava şəraiti səbəbilə keçərək əsir götürülən azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov barədə açıqlama yayıb.

Globalinfo.az xəbər verir ki, nazirlik azərbaycanlı əsirlərə guya fiziki və psixoloji təzyiq göstərilmədiyini iddia edib.

Xatırladaq ki, hərbçilərin hələ əsir düşdüyü ilk gün onların fiziki şiddətə məruz qaldığını əks etdirən görüntülər məhz Ermənistan KİV-ləri və sosial şəbəkələrində yayılmışdı. Xüsusilə Hüseyn Axundovun bir neçə şəxs tərəfindən döyüldüyünü əks etdirən görüntülər erməni ictimaiyyətində sevinclə tirajlanırdı.

Ayşən Mustafa
Globalinfo.az