Antalyada meşə yanğınları başladı – FOTO

Türkiyənin Antalya şəhərində otellərin yerləşdiyi Lara rayonunda meşə yanğınları başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhər bələdiyyəsinin sədri Muhiddin Böcek məlumat verib.

Kundu turizm kurortundakı yanğınlarla həm havadan, həm də qurudan mübarizə aparılır.

Məlumatda bildirilir ki, çox sayda xilasetmə briqadası, Meşə Region Müdirliyinə aid su maşını və təyyarələr bölgəyə cəlb edilib. Qısa müddətdə əraziyə gələn qruplar yanğına müdaxilə edib.

Yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğının söndürülməsinə vətəndaşlar da dəstək verib.

Hazırda Antalyada havanın temperaturu 37 dərəcə təşkil edir.