Antalyada 4,7 bal gücündə zəlzələ oldu

Bu gün saat 16:55-də Aralıq dənizi sahillərində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Globalinfo.az  xəbər verir ki,  bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentri Antalyanın Demre rayonundan 19,08 kilometr aralıda olub.

Zəlzələnin ocağı 35,12 kilometr dərinlikdə yerləşib.