Şəmkirdəki faciə ilə bağlı ağrılı faktlar… – YENİLƏNİB

Ötən gün Kür çayında batan ana və iki övladı ilə bağlı yeni faktlar məlum olub.

Globalinfo.az baku.vs-ə istinadən xəbər verir ki, dəhşətli hadisə 15 yaşlı Akşin Kərimov Kürdə çimən zaman baş verib.

Belə ki, ailənin kiçik övladı Akşin çayda çimərkən qəflətən batmağa başlayıb. Bu zaman Akşinin anası Günay Kərimova oğlunu xilas etmək üçün özünü çaya atıb. Anası və qardaşının boğulduğunu görən Nurlan Kərimov da onları xilas etmək üçün çaya girib. Ancaq hər üç şəxs çayda boğulub. Daha sonra ailə başçısı Elbrus Kərimov ailəsini xilas etməyə cəhd edib. Bu zaman boğulduğunu görən Elbrus Kərimov son anda xilas olaraq çaydan çıxa bilib.

Kürün Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində anası və qardaşı ilə birgə batan Nurlan Elbrus oğlu Kərimovun 20 yaşı var imiş. O, Qazax rayonu Canalı kənd orta məktəbini bitirib. Orta məktəbdə dərslərini yaxşı oxuyan Nurlan eyni zamanda aşıq dərsləri də alıb. O, rayonda aşıq Nurlan Qazaxlı kimi tanınıb. Rayonda keçirilən bir çox mədəniyyət tədbirlərində, o cümlədən məclislərdə öz sazı ilə çıxış edərək müxtəlif ifalar səsləndirib. Nurlan Kərimov Sumqayıt Musiqi Kollecinin məzunu olub.

Nurlan evin ən böyük övladı olub. Onun çayda batan Akşindən başqa Ruslan adlı qardaşı da var imiş. Kiçik qardaşı Akşin Elburus oğlu Kərimov Nurlandan 5 yaş kiçik olub. Anaları Günay Valeh qızı Kərimovanın 38 yaşı olub. Günay Kərimova əslən şəmkirlidir. Onun həyat yoldaşı Elbrus Kərimov isə Qazax rayonunun Canalı kəndindəndir.

***11:49

Xəbər verdiyimiz kimi, Şəmkirdə ana və iki oğlu Kürdə boğulub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, faciəvi şəkildə ölən ailə üzvləri Qazax rayonunun Canalı kənd sakinləridir.

Günay Kərimova oğlanları Nurlan və Aqşin Kərimovlarla birgə Şəmkirə istirahətə gəliblər. Onlar çimmək üçün çaya gediblər, bir saat sonra cansız bədənləri sudan çıxarılıb.

N.Kərimov aşıq fəaliyyəti ilə məşğul olub. O, rayonda toy və el şənliklərində iştirak edirmiş.

Batan gənc qardaşların fotosunu və Nurlanın sazda ifasının videosunu təqdim edirik: