nato

“NATO 10 ildən sonra tamamilə dağılacaq”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter deyib.

O bildirib ki, Türkiyə ilə Avrasiya arasında yaxınlaşma NATO-nun dağılmasına səbəb olacq.

Ritterin fikrincə, Şimali Atlantika Alyansı on ildən sonra tamamilə dağılacaq. Türkiyəni qəbul etməyən Avropa Birliyi daha az keyfiyyətli fəaliyyət göstərəcək.

“Türkiyə “batan gəmilərin” heç birinin tərkib hissəsi olmaq istəmir. Ona görə də, batan Titanikdən ayrılacağını bəyan edib”, – deyə Ritter vurğulayıb.

Qeyd edək ki, sentyabrın 2-də Türkiyə BRICS dövlətlərarası assosiasiyasına üzv olmaq üçün ərizə təqdim edib. Ankara bu yolla çoxqütblü dünyanın bütün tərəfləri ilə əlaqələri inkişaf etdirməyə çalışdığını açıqlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: