Alen Delon 12 il öncə İrəvanda Sərkisyana nə deyib?

Alen Delon 12 il öncə İrəvanda Sərkisyana nə deyib?

Xəbər verdiyimiz ki, dünya şöhrətli fransız aktyor Alen Delon 88 yaşında vəfat edib. 

Globalinfo.az xəbər verir ki, bu xəbərdən sonra onun İrəvana səfəri Ermənistan KİV-də yenidən gündəmə gəlib.

Aktyor 2012-ci ildə rol aldığı Fransa-Rusiya ortaq “Yeni iliniz mübarək, analar” filminin nümayişi üçün İrəvana səfər edib. O, burada jurnalistlərə açıqlama verib. Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serj Sərkisyanla görüşüb, həmçinin qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib.

A.Dlon səfər zamanı ona göstərilən sevgidən heyrətləndiyinin bildirib. O, S.Sərkisyanla görüşdə, “Ermənistanda bu qədər sevildiyimi bilmirdim, heç dostum Çarlz Aznavur da bunu mənə deməmişdi. Niyə bilməmişəm?”, – deyib. Sərkisyan isə zarafatla cavabında, “Bəlkə də Aznavur sənin təkəbbürlü olmağını istəməyib”, – bildirib.

Bunu da oxuya bilərsiniz: Ermənistan odla oynayır – “Ordumuz Qazaxdan Naxçıvana qədər bufer zona…”

Əliyar Xəlil
Globalinfo.az