Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İranda yeni Ali Rəhbərin seçilməsinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, NTV-nin suallarını cavablandıran Çelikin sözlərinə görə, İran dövlətinin iradəsinə hörmətlə yanaşırlar.
O qeyd edib ki, Müctəba Xameneinin hakimiyyətə gəlməsi ilə İran siyasətində radikal dəyişiklik baş verməyəcək: “İran sistemini anlamaq da vacibdir. Dini liderin istəyinə uyğun olaraq radikal siyasət dəyişikliklərinin olacağını iddia etmək İranı kifayət qədər yaxşı tanımamaq anlamına gələ bilər”.