Aİ rəsmiləri Bakı və İrəvana gəlir

Avropa İttifaqı Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin üzvləri bu gün Cənubi Qafqaza səfər edəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Regiona səfər zamanı onların sıra ilə Ermənistan, Gürcüstan və Azərbaycanda olacağı bildirilir.

Səfər zamanı İrəvanda və Avropa İttifaqının müşahidə missiyasının ofisində görüşlərin keçirilməsi planlaşdırılır.

Səfərin məqsədinin regionda baş verən hadisələr və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etmək olduğu deyilir.

Ayşən Mustafa
Globalinfo.az