Aİ-nin xüsusi nümayəndəsi Paşinyanla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, görüşdə Ermənistan və Azərbaycan arasında sülh prosesi, mövcud münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb.

Ermənistanın Nazirlər Kabinetindən verilən məlumata görə, Paşinyan və Klaar həmçinin regionda sülh, delimitasiya, kommunikasiyaların açılması və Aİ-nin monitorinq missiyasının işindən danışıblar.